Ohanyanın kadrları nazirlikdən qovulur

Ohanyanın kadrları nazirlikdən qovulur
  25 Noyabr 2016    Oxunub:1995
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın kadrları nazirlikdən çıxarılır.
Bu barədə AzVision.az “Joxovurd”-a istinadən xəbər verir.

Məlumata əsasən Ohanyanla qohumluq əlaqələrinə malik, Hərbi Polis İdarəsinin rəis müavini Armen Arutunyan vəzifədən uzaqlaşdırılıb, sabiq nazirin təhlükəsizlik xidmətinin rəisi Sergey Ayrapetov isə digər vəzifəyə keçirilib.

“Lakin Viqen Sarkisyanın təyinatından sonra aydın şəkildə bildiriblər ki, o, yaxın vaxtlarda ehtiyata göndəriləcək”, - deyə nəşr yazır.

Qəzet istefaların bu ilin əvvəlində Müdafiə Nazirliyində açılan korrupsiya qalmaqalları ilə əlaqəli ola biləcəyini istisna etmir.

“Xatırladaq ki, yuxarıda adı çəkilən şəxslər Hərbi Polis İdarəsinin binasının qarşısında Müdafiə Nazirliyinin əməkdaşını döydürüb, onu ifadə verməyə məcbur ediblər”, - deyə nəşr yazır.

Ermənistan Müdafiə Nazirliyi bu məsələni şərh etməkdən imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti