Ərdoğan Putinə zəng etdi - Nələr müzakirə olundu?

Ərdoğan Putinə zəng etdi - Nələr müzakirə olundu?
  25 Noyabr 2016    Oxunub:2064
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı prezidentlər Suriya məsələsini müzakirə edib, Rusiya və Türkiyə xarici işlər nazirləri, müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında beynəlxalq terrorizmlə mübarizə sahəsində aktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Ölkə başçıları bundan əlavə siyasi, iqtisadi-ticarət sahəsində əməkdaşlıq daxil olmaqla, ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti