`Ölüm cəzasını bərpa etməyə hazıram` - Ərdoğan

`Ölüm cəzasını bərpa etməyə hazıram` - Ərdoğan
  25 Noyabr 2016    Oxunub:1909
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölüm hökümünü bərpa etməyə hazır olduğunu bəyan edib.
AzVision.az Milliyet-ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə İstanbulda Nəcməddin Ərbakan adına Mərkəzin açılış mərasimində bildirib.

“Əgər xalq istəsə və ölkə parlamenti ölüm hökümünün bərpa edilməsinə dair qərar qəbul etsə, mən bu qərarı dəstəkləməyə hazıram”, - Türkiyə prezidenti deyib.

Qeyd edək ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti