Çində güclü zəlzələ olub

Çində güclü zəlzələ olub
  26 Noyabr 2016    Oxunub:1662
Çinin şimal-qərbində, Tacikistan və Qırğızıstan ilə sərhədi yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə RİA Novosti informasiya agentliyi Avropa Aralıq dənizi seysmoloji xidmətinə istinadla məlumat yayıb.

Yeraltı təkanlar Sincan-Uyğur muxtar mahalında qeydə alınıb. Zəlzələ ocağı Tacikistanla sərhəddən 25 kilometr, Qırğızıstanla sərhəddən isə 30 kilometr məsafədə, yerin 40 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti