Türkiyə İsrailə kömək edir - 3 təyyarə göndərildi

Türkiyə İsrailə kömək edir -  3 təyyarə göndərildi
  26 Noyabr 2016    Oxunub:1945
Türkiyə İsrailə meşə yanğınlarının söndürülməsi üçün üç xüsusi təyyarə göndərib.
Anadolu agentliyi xəbər verir ki, təyyarələr yanğınların söndürülməsində artıq iştirak edirlər.

Qeyd edək ki, İsrailin Hayfa şəhərində dörd gündür davam edən şiddətli yanğınlarla əlaqədar 60 min sakin evakuasiya olunub. Ölkə ərazisində 200-dən çox yanğın ocağı qeydə alınıb.

Fəlakətin əsas zərbəsi Hayfa, Hader, Zihron-Yaakova rayonlarına dəyib.

Yanğının söndürülməsi üçün Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya Rusiya və digər ölkələrdən kömək gəlib. Eyni zamanda İsrail hökuməti kömək üçün Azərbaycana da müraciət edib. Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrailə yola düşüb.

AzVision.az



Teqlər:  





Xəbər lenti