Yanukoviçin ən böyük səhvi: `Özümdə güc tapmadım`

Yanukoviçin ən böyük səhvi: `Özümdə güc tapmadım`
  26 Noyabr 2016    Oxunub:1954
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
“112 Ukrayna” telekanalınının xəbərinə o, bu barədə Rostovda keçirdiyi mətbuat konfransında bildirib.

“Mən Donbasın Ukraynanın tərkibində olması, Ukraynanın ərazi bütövlüyünün saxlanılmasının tərəfdarıyam”, deyə V.Yanukoviç vurğulayıb.

Sabiq prezident əvvəldən Donbasın ayrılmasının əleyhinə olduğunu qeyd edib: “Münaqişənin həlli üçün, ilk növbədə, atəşkəsə nail olmaq və qoşunları geri çəkmək lazımdır”.

V.Yanukoviç “Maydan” hərəkatı zamanı özünün ən böyük səhvindən də danışıb: “Mən müqəddəs deyiləm. Hərbi vəziyyətə dair qanun imzalamağa özümdə güc tapmadım. Mən qan tökə bilməzdim”. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti