İran rəsmisinə millət vəkilindən rəsmiyyətsiz və sərt cavab

  26 Noyabr 2016    Oxunub : 8911
İran rəsmisinə millət vəkilindən rəsmiyyətsiz və sərt cavab
İran Prezidenti Adminstrasiyasının yüksək vəzifəli təmsilçisi kimi təqdim edilən Əli Əsgər Soltaniyənin haqqin.az saytına verdiyi açıqlamaya baxıram, mat qalıram. Onun dedikləri bəzən yas məclislərində savadsız mollaların danışdıqları nağıllara bənzəyir”.

Bu sözləri AzVision.az-a millət vəkili, siyasi təhlilçi Sahib Alıyev deyib. O, bildirib ki, həmin ağa ölkəsinin Azərbaycanla İsrailin əlaqələrindən narahat olduğunu dilə gətirir və bunuİsrailin İranı yer üzündən silməyə çalışması ilə əsaslandırır: “Birincisi onu deyək ki, zamanında Yaxın Şərqdə İsraillə İran qədər bir-birinə yaxın iki dövlət olmayıb. İkincisi, biz indiyədək ancaq İran rəsmlərinin dilindən İsraili yer üzündən siləcəklərini eşitmişik. İsrail rəsmləri isə daha çox bu qəbildən olan hədələrdən narahatlıqlarını dilə gətiriblər. Və ən əsası, İsrail nə Azərbaycanın, nə də İranın torpağını işğal etməyib. Ancaq Əli Əsgər Soltaniyə ağanın təmslçisi olduğu rejim irandakıların da bəlli bir hissəsinin özününkü saydığı Azərbaycan torpağını işğal altında saxlayan Ermənistanla tərəfdaşlıq da yox, müttəfiqlik edir”.

- Götürün baxın, Ermənistanın hətta qərbin təsiri altında olan ekspert və siyasətçiləri belə, Rusiyanı söydükləri halda, İranı öyürlər. Haradandır öz nankorluqlarıyla tanınanlarda İrana qarşı bu qədər sevgi?,- deyə deputat sual edib.- Rejim təmsilçisi bildirir ki, İranla Ermənistanın müttəfiqliyi guya Azərbaycanın da xeyrinə imiş. Və əgər aprel döyüşləri zamanı tehrandakılar xəbədarlıq etməsəymişlər, ermənilər 90-cı illərdə olduğu kimi yenə torpaqlarımızın bir hissəsini ələ keçirəcəklərmiş. Ağa, deyəsən, bu auditoriyanı gündə bir nağıl danışıb uyutduqlarıyla dəyişik salır. Hərgiz indi informasiya əsridir və İranın ən ucqar kəndindəkilər belə, məsciddə onlara deyilənlərlə reallıq arasında fərqi görür. Hamısı da görməsə, bir hissəsi görür və bilir. Bilir ki, Şuşa məhz Azərbaycanla Ermənistanın o zamankı rəhbərlikləri Tehrana guya sülh bağlamağa çağırılıb danışıqlar stolu arxasında əyləşdirilərkən ələ keçirildi. İran rəsmilərindən kimsə səsini də çıxarmadı. Nə Şuşa gedəndə, nə də digər torpaqlırmız ələ keçiriləndə. Həm də irandakıların hamısı da olmasa, Əli Əsgər Soltaniyə gözəl bilir ki, əgər ölkəsi dəstək verməsə, Ermənistan həmən torpaqları indiyədək işğal altında saxlaya bilməzdi.

Sahib Alıyev vurğulayıb ki, aprel döyüşlərində qələbənin əldə edilməsində Azərbaycan-İran yox, Azərbaycan-İsrail hərbi-texniki əməkdaşlığının rolu olub: “Ancaq bu, ilk növbədə ordumuzun yüksək peşəkarlığı sayəsində oldu ki, həmən döyüşlərdə misilsiz igidlik göstərən qazilərimizi bağrıma basır, şəhid düşənlərimizin ruhu qarşısında bir daha baş əyirəm!”

Teqlər: