Kastronun dəfn tarixi açıqlandı

Kastronun dəfn tarixi açıqlandı
  26 Noyabr 2016    Oxunub:2528
Kuba inqilabının lideri Fidel Kastro dekabrın 4-də dəfn ediləcək.
Bu barədə “France-Presse” hökumətə istinadən məlumat yayıb. Dəfn mərasimi Santyaqo-de-Kuba şəhərində baş tutacaq. Daha əvvəl onun meyitinin bu gün yandırılacağı barədə məlumat verilib.

Qeyd edək ki, Fidel Kastro bu gün səhərə yaxın 90 yaşında vəfat edib. F. Kastronun vəfat xəbərini Kuba dövlət televiziyasında Raul Kastro açıqlayıb. Kubada matəm elan olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti