Tramp Fidel Kastronu `diktator` adlandırdı

Tramp Fidel Kastronu `diktator` adlandırdı
  27 Noyabr 2016    Oxunub:3840
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kubanın inqilabçı lideri Fidel Kastronu diktator adlandırıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Kubanın rifahının yaxşılaşdırılmasına kömək edəcəyini vəd verib. O, Kubanın hələ də totalitar ölkə olaraq qalacağını bildirib:

"Dünya 60 il öz xalqını əzən qəddar diktatorun gedişini qeyd edir. Fidel Kastronun mirası güllələnmiş komanda, oğurluq, ağlasığmaz əzablar, yoxsulluq və insanlara onların əsas hüquqlarından imtinadır".

Qeyd edək ki, Fidel Kastro cümə günü 90 yaşında vəfat edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti