Prezident indoneziyalı həmkarını təbrik edib

Prezident indoneziyalı həmkarını təbrik edib
  17 Avqust 2013    Oxunub:1149
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:
"İndoneziya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycanla İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

Dövlət başçısı İndoneziya Prezidentinə bu əlamətdar gündə möhkəm cansağlığı, işlərində uğurlar, dost İndoneziya xalqına sülh və rifah dilədiyini ifadə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti