Netanyahu Fələstin liderinə təşəkkür edib

Netanyahu Fələstin liderinə təşəkkür edib
  27 Noyabr 2016    Oxunub:1645
İsrailin baş naziri Benyamin Netanyahu Fələstin lideri Mahmud Abbasa zəng edərək yanğınların söndürülməsində göstərdiyi köməkliyə görə minnətdarlığını bildirib.
Netanyahu Abbasa Hayfa və Yerusəlim ətrafı rayonlarda yanğınla mübarizədə iştirak edən səkkiz yanğınsöndürən qrupun göndərilməsi və göstərilən yardıma görə təşəkkürünü ifadə edib.

İsrailin hökumət başçısı bildirib ki, yəhudilər və ərəblər yanğınlardan xilas olaraq öz evlərini tərk etmək məcburiyyətində qalan insanları birgə qəbul ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti