ABŞ-da atışma olub - 3 yaralı

ABŞ-da atışma olub - 3 yaralı
  27 Noyabr 2016    Oxunub:1265
ABŞ-ın Pensilvaniya ştatında atışma baş verib.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə Pittsburq şəhərində qeydə alınıb.

Məlumata görə, atışma nəticəsində 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Polis faktla bağlı araşdırma aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti