Azərbaycan futbolçusu dünyasını dəyişib

Azərbaycan futbolçusu dünyasını dəyişib
  27 Noyabr 2016    Oxunub:3191
Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.
AzVision.az Report-a istinadən xəbər verir ki, bu barədə “Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib.

Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ikən ürək tutmasından vəfat edib.

Şəhriyar Xəlilov vaxtilə “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı”da oynayıb.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:  





Xəbər lenti