Əliyevlə Sarkisyanın Hamburqda görüşəcəyi dəqiq deyil

Əliyevlə Sarkisyanın Hamburqda görüşəcəyi dəqiq deyil
  27 Noyabr 2016    Oxunub:2053
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil.
Bunu tert.am-a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryan deyib.

O hər iki tərəfin görüşə hazır olması ilə bağlı qeydə belə cavab verib: "Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa…".

Şavarş Koçəryan, həmçinin görüşün baş tutmasının nədən asılı olmasına dair sualı cavablandırmayıb. (Report)

AzVision.az


Teqlər:





Xəbər lenti