İranlı turistlər Rusiyaya vizasız gedəcəklər

İranlı turistlər Rusiyaya vizasız gedəcəklər
  28 Noyabr 2016    Oxunub:1759
Yaxın vaxtlarda Rusiya ilə İran arasında turist qruplarının vizasız səfərləri barədə hökumətlərarası sazişin imzalanacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, iki ölkənin işgüzar dairələrinə - hüquqi şəxslərə, şirkətlərə və müəssisələrə tərəfdaşlarını qarşılıqlı şəkildə dəvət etmək imkanı veriləcək.

M.Zaxarova hesab edir ki, viza rejiminin sadələşdirilməsi iki ölkənin işgüzar dairələrinin əməkdaşlığı, turizmin inkişafı üçün şərait yaradacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti