Pərviz Müşərrəfin həbsinə order verilib

Pərviz Müşərrəfin həbsinə order verilib
  28 Noyabr 2016    Oxunub:1745
Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.
AzVision.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, o, 2006-cı ildə əyalət millətçilərinin lideri Akbar Buqtinin ölümündə ittiham edilir.

Bu ittiham üzrə məhkəmə cari ilin yanvar ayında Pərviz Müşərrəfə bəraət vermişdi. Bundan sonra A.Buqtinin oğlu Camil Buqti apelyasiya şikayəti edib və yenidən sabiq prezidentin həbsinə order verilib.

Pərviz Müşərrəf Dubayda yaşadığından məhkəməyə qədər onun saxlanılması haqqında hələlik heç nə deyilmir. Onun hazırda Dubayda olduğu bildirilir.

AzVision.az




Teqlər:





Xəbər lenti