İbrahimbəyovun müraciətinə cavab verilməyib

İbrahimbəyovun müraciətinə cavab verilməyib
  17 Avqust 2013    Oxunub:952
Demokratik Qüvvələri Milli Şurasının sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov bildirib ki, Rusiya vətəndaşlığından çıxmaq müraciətinə cavab verilməyib.
AzVision.az `mediaforum`a istinadən xəbər verir ki, R.İbrahimbəyov, hələlik yeni informasiyanın olmadığını deyib:

"Cavab gözləyirəm. Məsələni tez bir zamanda həll etmək üçün cəhdlərimi davam etdirirəm”.

Rusiya vətəndaşlığından çıxması ilə bağlı sənəd ala və bununla da prezidentliyə namizəd ola bilməyəcəyi halda qurumun namizədinin kim olacağına gəlincə, Rüstəm İbrahimbəyov deyib: “Mən bununla bağlı mövqeyimi bildirmişəm. Milli Şura da mövqe ortaya qoyub. Məsələ müsbət həll olunacaq. Müzakirələr gedir”.


Teqlər:  





Xəbər lenti