Putinlə Ruhani arasında telefon danışığı olub

Putinlə Ruhani arasında telefon danışığı olub
  29 Noyabr 2016    Oxunub:1237
Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, telefon danışıığı bu gün İran tərəfinin təşəbbüsü ilə baş tutub.

“Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, o cümlədən ticarət və iqtisadi sahədə birgə prioritet layihələri, dünya karbohidrogen bazarlarında addımların əlaqələndirilməsini və Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər”, -deyə məlumatda bildirilib.

Putin və Ruhan bundan əlavə avqustun 8-də Bakıda imzalanmış müqavilələrin həyata keçirilməsini nəzərdən keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti