Yanukoviç üzr istədi: `Əlimdən gələni etmişəm`

Yanukoviç üzr istədi: `Əlimdən gələni etmişəm`
  29 Noyabr 2016    Oxunub:1925
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç 2014-cü ilin qış aylarında Kiyevdə baş verən etiraz aksiyaları zamanı həlak olanların ailələrindən üzr istəyib.
“Mən bu hadisələr zamanı həlak olmuş insanların ailələri və yaxınlarına müraciət edirəm. Mən sizdən üzr istəyirəm. Bu faciənin baş verməməsi üçün əlimdən gələn hər şeyi etmişəm”, - Yanukoviç bəyan edib.

Sabiq prezident əlavə edib ki, “Maydan”da baş verənlərə görə siyasi məsuliyyəti etirazçıların liderləri daşıyır.

“Bu hadisələr hakimiyyəti ələ keçirən “Maydan” liderlərinin xeyrinə oldu. Mən və mənim komandam qan tökülməsinin qarşısını almaq üçün əlimizdən gələni etdik”, - deyə Yanukoviç qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti