Türkiyədə FETÖ əməliyyatı - 20 nəfər həbs edildi

Türkiyədə FETÖ əməliyyatı - 20 nəfər həbs edildi
  29 Noyabr 2016    Oxunub:1520
Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri davam etdir.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul daxil olmaqla 6 şəhərdə həyata keçirilən əməliyyatda 37 şübhəli saxlanılıb.

Şübhəlilərdən 4-nün təşkilatın şifrəli mesajlaşma proqramı olan “Bylock” istifadə etdiyi, 3-nün FETÖ-ya bağlı olan cəmiyyətə ianə verdiyi, 19-nun isə Fetullah Gülənin təlimatının ardından “Bank Asiya”da hesab açdığı müəyyən edilib.

Araşdırmadan sonra saxlanılanlardan 20-si həbs olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti