Təyyarə qəzasında ölən futbolçuların son FOTOLARI

Təyyarə qəzasında ölən futbolçuların son FOTOLARI
  29 Noyabr 2016    Oxunub:23356
Braziliyanın "Şapekoense" klubunun 9 üzvü komanda ilə birgə Kolumbiyaya uçmaqdan imtina edib.
AzVision.az “Globo Esporte2-yə istinadən xəbər verir ki, bununla da onlar təyyarə qəzasından canlarını qurtara biliblər. Onların komanda yoldaşları isə dəhşətli qəza zamanı həlak olub.

Son məlumatlara görə, komandanın müdafiəçisi Alan Rusel və qapıçı Markoz Danilo qəzadan sağ çıxıb.

Qeyd edək ki, Kolumbiyada göyərtəsində 81 sərnişin olan təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Ən son məlumata görə, hadisə nəticəsində 15 nəfər xilas edilib. 66 nəfər isə həlak olub.

Qeyd edək ki, "Şapekoense" klubu noyabrın 30-da “Atletiko Nasional”la görüşməli imiş.

Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki "Şapekoense" klubunun futbolçularından 2-si vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. Bunlar Filipe Joze Maçado və Villiam Tieqo de Xesusdur.





Oxşar xəbər: Futbolçuları aparan təyyarə qəzaya düşdü - 66 ölü (VİDEOXƏBƏR)


Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti