Obamanı təhqir edən prezidentə qarşı sui-qəsd

Obamanı təhqir edən prezidentə qarşı sui-qəsd
  29 Noyabr 2016    Oxunub:4993
Naməlum şəxslər Filippin prezidenti Rodriqo Dutertenin kortejinin keçdiyi ərazidə partlayıcı qurğunu işə salıb.
AzVision.az “CNN”-ə istinadən xəbər verir ki, partlayış nəticəsində prezidentin təhlükəsizlik xidmətinin doqquz əməkdaşı xəsarət alıb.

Hücum Maravi şəhərində baş verib. Yaralılardan birinin vəziyyəti ağırdır.

Hadisə baş verən zaman prezident kortejdə olmayıb.

Qeyd edək ki, daha əvvəl Filippin prezidenti Rodrigo Duterte amerikalı həmkarı Barak Obamanı təhqir edib. Rodrige Duterte ABŞ prezidentinin anasını "fahişə" adlandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti