Moskvada azərbaycanlılara hücum - Yaralılar var
Ticarət etdikləri yeri tərk etmək istəməyən icarədarlar soyuq silahdan istifadə ediblər. Lakin bazar rəhbərliyinin köməyinə Özəl Mühafizə Təşkilatının döyüşçüləri gəlib. Etirazçılara qarşı travmatik odlu silah tətbiq olunub. Ən azı iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisəyə bazar rəhbərliyinin bəzi satıcılara müəssisə ərazisində yer verməmək barədə qərar qəbul etməsi səbəb olub. Bunlar, əsasən Azərbaycan vətəndaşları olublar. Qərarın hansı səbəbdən qəbul olunduğu məlum deyil.
TASS-ın məlumatına görə, davanın bir neçə iştirakçısı saxlanılıb.
AzVision.az
Teqlər: