FETÖ-çü iş adamı həbsxanada öldü

FETÖ-çü iş adamı həbsxanada öldü
  30 Noyabr 2016    Oxunub:1670
Türkiyədə keçirilən FETÖ əməliyyatı zamanı saxlanılan tanınmış iş adamı Ünal Takmalı həbsxanada dünyasını dəyişib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ünal Takmalının infarkdan öldüyü bildirilir.

Qeyd edək ki, 77 yaşlı iş adamı dövlət çevrilişinə cəhddə şübhəli bilinərək 28 iyul tarixində qardaşı ilə birlikdə həbs olunub.

O, “Uğur Derin Dondurucu”nun rəhbəri olub.

AzVision.az


Teqlər:





Xəbər lenti