Bir milyona yaxın insan meydana axışdı - Kastro ilə vida mərasimi

Bir milyona yaxın insan meydana axışdı - Kastro ilə vida mərasimi
  30 Noyabr 2016    Oxunub:1760
Havanada Kuba inqilabının lideri Fidel Kastronun xatirəsinə həsr olunmuş mərasimdə milyona yaxın insan iştirak edib.
RİA Novosti xəbər verir ki, dünən axşam saatlarında Havanadakı İnqilab meydanında keçirilən tədbirə kubalılarla yanaşı, Latın Amerikasının və dünyanın bir sıra ölkələrinin dövlət başçıları və siyasətçiləri də qatılıblar.

Matəm mərasimini Kuba lideri Raul Kastro yekunlaşdıraraq mübarizənin qələbəyədək davam etdiriləcəyini söyləyib.

Noyabrın 30-da içərisində inqilab liderinin külü olan urna ölkənin şərqinə - Santyaqo-de-Kuba şəhərinə yola salınacaq.

57i il əvvəl – 1959-cu ildə Fidel Kastro başda olmaqla inqilab karvanı məhz bu marşrutla əks-istiqamətdə hərəkət etmişdi.

Fidel Kastronun dəfn mərasimi dekabrın 4-də inqilabın beşiyi sayılan Santyaqo-de-Kubada keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti