Türkiyədə erməni terroçuların abidəsi söküləcək

Türkiyədə erməni terroçuların abidəsi söküləcək
  30 Noyabr 2016    Oxunub:3949
Türkiyənin Tuncəli Valiliyi Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidənin sökülməsi ilə bağlı qərar qəbul edib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Abidənin nə vaxt söküləcəyi açıqlanmayıb.

Qeyd edək ki, üzərində ““Erməni soyqırımı”nı lənətləyirik. Armenak Bakırcıyanı və Hrantı anırıq. 100-cü ilində “erməni soyqırımı” davam edir”,- sözləri yazılmış abidəninbu ilin aprelin 26-da açılışı olub.

Mərasimə Fransa və Yunanıstandan erməni diasporu nümayəndələri qatılıblar.

Abidənin üzərində ASALA terror təşkilatının üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş,ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti