`Azərbaycanla münasibətlərimiz sabitdir` - Rusiya XİN
Bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Moskvaya, Rusiyanın təhsil naziri Olqa Vasilyevanın isə Bakıya səfərlərini şərh edən Zaxarova bu cür səfərlərin təcrübədə dövlətlər arasında etimadın yüksək səviyyədə olmasının təzahürü olduğunu bildirib.
"Bütün dünya üçün çətin anda maraqlı və ictimai əhəmiyyətli tədbirlər keçirməyimiz xüsusilə xoşdur. Bu tədbirlər yalnız əlaqələrimizi gücləndirmir, bunlar həm də beynəlxalq münasibətlərdə müsbət gündəm yaradır" - Zaxarova vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az