ABŞ-da Trampa etiraz olaraq bayrağı yandırdılar

ABŞ-da Trampa etiraz olaraq bayrağı yandırdılar
  30 Noyabr 2016    Oxunub:2222
Nyu-York şəhərində bir qrup etirazçı ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa etiraz olaraq dövlət bayraqlarını yandırıblar.
AzVision.az "RİA Novosti" -yə istinadən xəbər verir ki, etirazçılar bu addımı Trampın bayraq yandırmaya qarşı ciddi cəzaların tətbiq olunacağı barədə açıqlamasına cavab olaraq atdıqlarını bildiriblər.

Qeyd edək ki, daha əvvəl Tramp "Twitter" səhifəsində Amerika bayraqlarını yandıranların həbs olunması və ya vətəndaşlıqdan çıxarılmasının vacibliyini vurğulamışdı.

ABŞ qanunvericiliyinə əsasən, dövlət bayraqlarının yandırılması cinayət yox, etiraz forması kimi qiymətləndirilir

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti