20 yaşlı çempion sevdiyi qıza görə intihar etdi
O, özünə qəsd etməmişdən öncə məktub yazıb.
Ehtimala görə, idmançı sevdiyi qızın ayrılığına dözə bilmədiyindən özünü öldürüb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Loşakov məktubunda yaşamaqdan bezdiyini yazıb.
Vladislavın stend atıcılığı ilə məşğul olan Aleksandra adlı qızla görüşdüyü müəyyənləşdirilib.
Məlum olub ki, faciədən bir neçə gün əvvəl qız ondan ayrılmaq istəyib. Müstəntiq ehtimal edir ki, idmançı bu səbəbdən canına qıyıb.
Eldar Tanrıverdiyev
AzVision.az