`Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu` - Peskov

`Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu` - Peskov
  30 Noyabr 2016    Oxunub:3219
“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu və Moskvanın Suriya yanaşması ilə üst-üstə düşmür”.

AzVision.az-ın məlumatına görə, bu barədə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

Rusiya rəsmisi deyib ki, Moskva məsələ ilə bağlı rəsmi Ankaradan izahat gözləyir: “Bəyanat bizim üçün gözlənilməz oldu. Bu çox ciddi bəyanatdır və Rusiyanın Suriya ilə bağlı mövqeyinə ziddir”.

Qeyd edək ki, ötən gün Suriyada həyata keçirilən “Fərat Qalxanı” əməliyyatından danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkəyə diktator Bəşər Əsədin hökmranlığına soy qoymaq üçün giriblər.

“Biz səbir, səbir dedik, ən sonda dözə bilməyərək Azad Suriya Ordusu ilə Suriyaya girmək məcburiyyətində qaldıq. Nə üçün girdik? Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Biz dövlət terroru ilə məşğul olan Əsədin hökmranlığına son qoymaq üçün oraya girdik”, - deyə Ərdoğan vurğulayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti