Sülhəddin Əkbər Mustafa Hacıbəyli ilə razılaşmadı

Sülhəddin Əkbər Mustafa Hacıbəyli ilə razılaşmadı
  17 Avqust 2013    Oxunub:1360
“Sonuncu dəfə qərar qəbul olundu ki, Milli Şuranın ayın 19-da olacaq növbəti iclasında alternativ namizədlik təklifi hərtərəfli müzakirə olunsun”.
Bunu AzVision.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Mustafa Hacıbəylinin alterantiv namizəd seçilməzsə Milli Şuranın sonu olacaq fikirlərinə münasibət bildirərkən deyib. Partiya sədri bildirib ki, növbəti iclasda Milli Şura milli maraqlara uyğun qərar qəbul edəcək: “ Düşünürəm ki, Milli Şura hər zaman olduğu kimi konsensusla yenə də milli və demorkatik maraqlara uyğun cavab verəcək. Narahatlığa əsas görmürəm”.

Milli Şuranın 19 avqust iclasında alternativ namizədin müəyyənləşəcəyinə gəlincə isə S.Əkbər deyib ki, bu barədə dəqiq söz demək olmaz: “Biz qərarları siyasi məsləhətləşmələrdən sonra aparırıq. Bu məsləhətləşmələr əslində indi də davam edir. Avqustun 19-da yəqin ki, məsələ ciddi müzakirə olunacaq”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli bildirib ki, Milli Şura daxilindəki bəzi qüvvələr əgər alternativ namizəd seçmək haqqında düşünməsələr təşkilatın uzun müddət qalmaq şansı olmaycaq.

S.Əkbər Rüstəm İbrahimbəyovun Milli Şura rəhbərliyi ilə münasibətlərinin soyuqluğu iddialarına da münasibət bildirib:
“Bu iddialar barədə məlumatım yoxdur. Çünki mənim Rüstəm bəylə bu və ya digər şəkildə heç bir əlaqə saxlamıram”.

Fatimə KƏRİMLİ



Teqlər:





Xəbər lenti