İbrahimbəyov mətbuatdan niyə qaçır?

İbrahimbəyov mətbuatdan niyə qaçır?
  17 Avqust 2013    Oxunub:1330
Dünən gecə saat 23.00 radələrində Azadliq.info saytında Milli Şurasının sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov “Azadlıq” qəzetinə geniş müsahibə verməsi ilə bağlı anons yerləşdirildi.

Anonsda deyilirdi: “Demokratik qüvvələrin Milli Şurasının sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov “Azadlıq” qəzetinə geniş müsahibə verib. O, müsahibəsində Milli Şuranın son sessiyası, namizədliyi ilə bağlı yaranmış problem və onun həlli yolları barədə danışıb, təkliflərini səsləndirib.

R.İbrahimbəyov həmçinin Milli Şuranın ünvanına səslənən ittihamlara, eləcə də jurnalist Eynulla Fətullayevin onu Rusiyanın İlham Əliyevi devirmək üçün hazırladığı planın iştirakçısı kimi təqdim etməsinə cavab verib. Milli Şura sədri E.Fətullayevin həmin yazısının Putin-Əliyev danışıqlarına təsir etdiyini də bildirib. Necə? Müsahibəni oxuyanda biləcəksiniz.

İbrahimbəyov müsahibəsində özü seçkilərə qatıla bilməyəcəyi halda namizəd kimi görmək istədiyi bir neçə ad da çəkib. Söhbət kimlərdən gedir? Onların Milli Şura adından seçkiyə qatılmaq imkanını və mexanizmini İbrahimbəyov necə görür? Müsahibədə bu suallara da cavab tapa biləcəksiniz. Müsahibə “Azadlıq” qəzetinin 17 avqust tarixli sayında dərc olunacaq”. Beləliklə, çoxları bu səhər “Azadlıq”da Milli Şuranın vahid namizədinin müsahibəsini oxuyacağını gözləsə də, müsahibə dərc olunmadı. Üstəlik, yuxarıda oxuduğunuz anons da qəzetin saytından yığışdırıldı.

Qeyd edək ki, R. İbrahimbəyov son günlər mətbuatdan uzaq durmağa çalışır. O, dünən yalnız “Mediaforum” saytına qısa açıqlama verməklə kifayətlənmişdi. Bu baxımdan, “Azadlıq” qəzetinin anons etdiyi müsahibə maraq doğururdu. (Müsavat.com )


Teqlər:  





Xəbər lenti