Rza Zərrab məhkəmədən vaxt istədi

Rza Zərrab məhkəmədən vaxt istədi
  01 Dekabr 2016    Oxunub:1666
ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab yenidən məhkəmə qaşısına çıxarılıb.

AzVision.az xarici KIV-ə istinadən xəbər verir ki, R. Zərrab məhkəmdə çıxışı zamanı barəsindəki ittiham aktına əlavələr olunduğunu bildirib.

Onun sözlərinə görə, ittiham aktına yeni şəxslər daxilib edilib. Belə ki, İran şirkətləri siyahısında olan “Mahan Air” və R. Zərrabın qardaşı Məhəmməd Zərrabın dı iddianamədə qeyd olunub.

Daha sonra R. Zərrabın vəkili Brafman məhkəmə qarşısında onlara vaxt verilməsinə dair vəsatət qaldırıb.

Hakim Riçard Bermanın vəsatətini təmin edib. Nəticədə Zərrabın məhkəmə prossesinin 16 oktyabr 2017-ci il tarixinə qədər təxirə salınması ilə bağlı qərar verilib.

Sözügedən tarixdə R. Zərrab hakim və dövlət ittihamçılarının qarşısında çıxış edəcək. İstisna edilməyib ki, Z. Zərrab həmin tarixə qədər məhkəmə araşdırmaları ilə əlaqədar olaraq bir neçə dəfə məhkəmədə ifadə verə bilər.

Xatırladaq ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti