Bu gün QİÇS-lə mübarizə günüdür
BMT-nin İİV/QİÇS Proqramının yeni hesabatında bildirilir ki, 2016-cı ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfər təşkil edib. Onların 2,1 milyonu son bir ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. Antiretrovirus terapiya qəbul edənlərin sayı 18,2 milyon nəfər olub ki, onların da 910 mini uşaqlardır. Hesabatda o da qeyd olunur ki, 2020-ci ilə kimi 30 milyon İİV-lə yaşayan insanı antiretrovirus terapiya ilə təmin etmək mümkün olacaq.
Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. İİV/QİÇS problemi Azərbaycanda da da aktual problem olaraq Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.
AzVision.az
Teqlər: