ABŞ-da erməni mafiya lideri öldürüldü

ABŞ-da erməni mafiya lideri öldürüldü
  01 Dekabr 2016    Oxunub:7129
Los-Ancelesdə Hollivud ulduzlarının yaşadığı kompleksdə silahla qətlə yetirilən 35 yaşlı erməninin meyiti tapılıb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı CBS Los-Anceles kanalı yayıb.

İstintaqın məlumatına görə, qətl hadisəsi 29 noybar tarixində gecə saatlarında baş verib.

Yaşayış kompleksinin sakinləri həmin gecə silah səslərinin eşidildiyini və bir qrup şəxsin avtomobillə kompleksin ərazisini tərk etdiyini söyləyib.

Kanalın bildirdiyinə görə, öldürülən şəxs Kaliforniyanın kriminal dairələrində nüfuzlu mafiozlardan olub və bundan öncə bir neçə dəfə həbs edilib.

İstintaq hesab edir ki, 35 yaşlı erməni Los-Angelesdəki kriminal qruplaşmalar arasında gedən mübahisənin qurbanı olub. Kriminal qruplaşmanın üzvləri əsasən ermənilərdir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti