Nazirlikdən əsirlərin dəyişdirilməsinə münasibət
Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-nın sorğuna cavabında bildirib ki, Ermənistanın Müdafiə Nazirliyinin müraciəti barədə məlumatlıdırlar: “Firuz Fərəcov bir ildən çoxdur əsirlikdədir və erməni mətbuatının ondan dəfələrlə götürdüyü müsahibəyə əsaslanaraq deyə bilərik ki, həmişə də təlimata uyğun olaraq üçüncü ölkəyə getmək arzusunda olduğunu bildirib. İndi nə dəyişdi ki, birdən birə belə fikrə düşdü? Burada dərk edilməsi çətin olan bir şey yoxdur. Ermənistan Müdafiə Nazirliyinin belə açıqlama ilə çıxış etməsi əlbəttə ki, erməni hərbiçisi Akop İnciqulyanın Azərbaycan tərəfinə əsir düşməsi ilə bağlıdır. Bununla əlaqədar mən hər hansı qəti mövqe bildirmək istəməzdim. Ona görə ki, belə məsələlərlə Azərbaycanda digər müvafiq səlahiyyətli qurum məşğul olur”.
AzVision.az
Teqlər: