`Azəravtoyol`un sədrinə daha bir vəzifə verildi

`Azəravtoyol`un sədrinə daha bir vəzifə verildi
  01 Dekabr 2016    Oxunub:2633
Bu gün Milli Olimpiya Komitəsində (MOK) Handball Federasiyanın təşkilat məsələlərinin müzakirəsi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın AzVision.az-a verdiyi məlumata görə, konfransda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, nazir Azad Rəhimov iştirak ediblər. İlk olaraq Çingiz Hüseynzadə idmanin son uğurları haqqında danışıb.

O bildirib ki, əfsuslar olsun ki, Sovet İttifaqi dövründe çox böyük uğurları olan Handbol Federasiyasə bu uğurlardan kənar qalıb. Bu səbəbdən MOK rəhbərliyi və Gənclər və İdman Nazirliyi federasiyada dəyişiklik edilməsi ilə bağlı qərar verilib.

Daha sonra Çingiz Hüseynzadə “Azəravtoyol” ASC- nin sədri Saleh Məmmədovu təqdim edib. Saleh Məmmədovun daim voleybolçularin yanında olduğunu bildirən nazir qeyd edib ki, o, handbolu “0” vəziyyətindən qaldırmağa hazır insandır.

Daha sonra səsvermə yolu ilə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov Handbol Federasiyasına prezident seçilib.

Qeyd edək ki, bundan öncəki prezident Heydər Babayev federasiya rəhbərliyi vəzifəsindən kənarlaşdırılması barədə ərizə yazıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti