Lavrov Türkiyədə suallara cavab verdi - Video

Lavrov Türkiyədə suallara cavab verdi - Video
  01 Dekabr 2016    Oxunub:3185
Görüşdən sonra Mövlud Çavuşoğlu və Sergey Lavrov birgə mətbuat konfransı keçiriblər.


***

Türkiyənin Alanya şəhərində Rusiya-Türkiyə Strateji Planlaşdırma üzrə Birgə qrupun V iclası başlayıb.

AzVision.az xəbər verir ki, bundan öncə iki ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Sergey Lavrov Türkiyənin Alanya şəhərində danışıqlar aparıb.

Müzakirələrin əsas mövzusu Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, beynəlxalq terrorçuluqla mübarizədə əməkdaşlıq məsələləri olub. İclasdan sonra nazirlərin birgə mətbuat konfransı planlaşdırılır.

Qeyd edək ki, Alanyadakı ikitərəfli müzakirələrdən əvvəl Rusiya və Türkiyə liderləri telefonla Hələb və ümumilikdə Suriyadakı vəziyyəti müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Hələbə humanitar yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti