`Rusiyanın Qarabağ mövqeyinə hörmət edirik` - Çavuşoğlu (VİDEO)

`Rusiyanın Qarabağ mövqeyinə hörmət edirik` - Çavuşoğlu (VİDEO)
  01 Dekabr 2016    Oxunub:3301
“Rusiyanın Dağlıq Qarabağ münaqişəsini həll etmək iradəsinə hörmətlə yanaşırıq”.

AzVision.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi brifinqdə deyib.

XİN rəhbəri qeyd edib ki, Suriya, İraq, Aralıq dənizi məsələlərində əməkdaşlıq iki ölkə münasibətləri baxımından çox önəmlidir: “Bu cür əməkdaşlıq etmək tərəflər üçün çox əhəmiyyətlidir. Bizim görüşümüz görüntü xarakterli deyil. Suriyadakı durum ortadadır, göz yaşı var. Humanitar yardımlar lazım olan yerlərə çatdırılmalıdır”.

Nazir Rusiya tərəfindən Türkiyə vətəndaşlarına qarşı tətbiq edilən viza rejiminin tezliklə ləğv ediləcəyinə ümidvar olduğunu bildirib. O, qeyd edib ki, “Türk axını” və Akkuyu AES layihələrinin iki ölkənin enerji əməkdaşlığı baxımından üçün çox önəmlidir: “Rusiya ilə əməkdaşlığımızın inkişafı həm ölkələrimizə, həm də bütün bölgəyə müsbət təsir göstərəcək. Dəyərli dostum Sergeylə dünən axşamdan bəri bu mövzuları müzakirə edirik”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti