`Bizə düşmən yox, dost lazımdır`- Putin

`Bizə düşmən yox, dost lazımdır`- Putin
  01 Dekabr 2016    Oxunub:2217
“Rusiya heç kimlə qarşıdurma istəmir, düşmən axtarmır, ona dostlar lazımdır”.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində bildirib. O bildirib ki, beynəlxalq aləmdə sifarişli informasiya kampaniyası, tərbiyəçi dərsi artıq hamını bezdirib: “Lazım gəlsə, biz özümüz də hər kəsi öyrədə bilərik. Lakin biz məsuliyyətimizin həddini anlayırıq, ehtiyac olduğu təqdirdə dünya və regional problemlərin həllində yaxından iştirak etməyə hazırıq”.

ABŞ-Rusiya münasibətlərindən danışan Putin qeyd edib: “Strateji pariteti sındırmaq cəhdləri olduqca təhlükəlidir. Bu qlobal fəlakətə gətirib çıxara bilər. Bunu bir saniyə belə unutmaq olmaz”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti