​Ermənistanın "Nairit" zavodu müflis oldu

​Ermənistanın "Nairit" zavodu müflis oldu
  01 Dekabr 2016    Oxunub:2060
İrəvan inzibati rayon məhkəməsi “Ermənistan Elektrik Şəbəkəsi”nin “Nairit” zavodu bağlı iddiasına baxıb və zavodun müflis edilməsi ilə bağlı qərar qəbul edib.
AzVision.az “Datalex.am” saytına istinadən xəbər verir ki, 2009-cu ildə zavodun elektrik enerjisi ilə təchiz edilməsi haqda tərəflər arasında müqavilə imzalanıb. 7 il zavodun idarəyə 1, 23 milyard drama yaxın borcu yaranıb və zavod borcu ödəyə bilməyib.

Ermənistanın təbii sərvətlər və enerji infrastrukturlarının nazirliyi isə zavodun yenidən bərpası üçün özəl investorların cəlb edilməsi ilə bağlı müsabiqə elan edib. Ərizələr 2017-cu il yanvarın 20-dək qəbul olunur.

Auditorların ilkin hesablamalara görə, zavodun yenidən fəaliyyəti üçün 200-300 mln. dollar həcmində investisiya lazımdır.

Qeyd edək ki, “Nairit” xloropren kauçuk istehsal edir və Ermənistanın strateji müəssisələrindən biri sayılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti