`Biz Avropanın ev sahibiyik` - Ərdoğan

`Biz Avropanın ev sahibiyik` - Ərdoğan
  01 Dekabr 2016    Oxunub:2246
”Biz Avropanın ev sahibiyik və bizi buradan xaric etməyə nə Avropa İttifaqı, nə də irqçilik pəncəsinə düşənlərin gücü çatar”.
AzVision.az "Haber7"-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bütövlükdə Avropada 5 milyon türk yaşayır. Yüz minlərlə həmvətənimiz gələcəyini Almaniya, Fransa, Belçika və Avropanın şimalı hissəsində qurub", - Türkiyə prezidenti vurğulayıb.

Onun sözlərinə görə, əgər Türkiyəyə qarşı ağılsız hücumlar bir kənara qoyulsa, rəsmi Ankara Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırdır: "Vizanı sərbəstləşdirsəniz, qaçqınlara yardım etsəniz və münasibətlərin qurulmasında yeni səhfələr açsanız, onda biz də sizə xoş niyyət göstərəcəyik. Avropa öz üzərinə düşənləri edərsə, biz də verdiyimiz sözə əməl edəcəyik. Əks təqdirdə özləri bilsin".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti