Perunun Azərbaycanda səfirlik açmaq niyyətindədir

Perunun Azərbaycanda səfirlik açmaq niyyətindədir
  01 Dekabr 2016    Oxunub:1350
Peru Respublikasının Xarici İşlər Nazirliyindən daxil olan notada həmin ölkənin siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.

Bu barədə Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumatda bildirilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Peru Respublikasının bu qərarını alqışlayır və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti