`Məmmədyarovla görüşü istisna etmirəm` - Nalbandyan

`Məmmədyarovla görüşü istisna etmirəm` - Nalbandyan
  01 Dekabr 2016    Oxunub:2361
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Almaniyanın Hamburq şəhərində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünü istisna etmir.
AzVision.az xəbər verr ki, bu barədə “Azadlıq” radiosunun erməni bölməsi məlumat yayıb.

“İstisna olunmur, lakin görüşün baş tutacağı hələ təsdiqlənməyib”, - deyə Nalbandyan müsahibəsində bildirib.

Qeyd edək ki, Hamburq şəhərində ATƏT-in Xarici İşlər Nazirlərinin Şurasının iclası keçiriləcək. İclas çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşü planlaşdırır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti