Karasinin gizli Bakı səfəri: Nazirlə görüşüb

Karasinin gizli Bakı səfəri: Nazirlə görüşüb
  01 Dekabr 2016    Oxunub:3982
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin noyabrın 30-da Azərbaycana işgüzar səfər edib.

AzVision.az Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ikigünlük səfəri zamanı Q.Karasin Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb, məsləhətləşmələr aparıb.

Rusiyalı diplomat həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüş zamanı aktual məsələlər, ikitərəfli və beynəlxalq məsələlər müzakirə edilib.

Q.Karasin həmçinin Azərbaycandakı rus icmasının fəalları ilə görüşüb, Rusiya dövlət mükafatı - “Dostluq ordeni”ni icmanın rəhbəri, millət vəkili Mixail Zabelinə təqdim edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti