Tramp `Quduz köpəyi` müdafiə naziri təyin edir

Tramp `Quduz köpəyi` müdafiə naziri təyin edir
  02 Dekabr 2016    Oxunub:2256
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp müdafiə naziri postuna “Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadalı korpusunun istefada olan generalı Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib.
AzVision.az-ın “CBS News”a istinadən verdiyi xəbərə görə, Tramp bu barədə tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk görüşdə bildirib.

“Biz “Quduz köpək” Mettisi müdafiə naziri təyin etməyə hazırlaşırıq”, - deyə Tramp bildirib.

Müdafiə naziri vəzifəsinə Ceyms Matisdən başqa CIA-nın keçmiş rəhbəri general Deyvid Petreus, kiçik Corc Buşun milli təhlükəsizlik üzrə keçmiş müşaviri Stiven Hedli, təqaüddə olan general Cek Kin və Missuri ştatının keçmiş senatoru Cia Talent namizədliyini irəli sürüb.

Ceyms Mattis 2010-2013-cü illərdə ABŞ-ın Mərkəzi komandanlığına rəhbərlik edib, silahlı qüvvələrdə aparıcı vəzifələrdə çalışıb. ABŞ-İraq müharibəsi zamanı dəniz piyadalarının birinci diviziyasına rəhbərlik edib. 34 il silahlı qüvvələrdə xidmət göstərən Mattis Amerika hərbçiləri arasında canlı əfsanə statusunu qazanıb. Döyüşlərə gözü dönmüş vəhşi köpək kimi atıldığına görə ona `Mad Dog` - Quduz köpək ləqəbi verilib. Bundan başqa Matis `Chaos` - xaos və `The Warrior Monk`- Qəhrəmanların əfəndisi ləqəbləri ilə məşhurdur.

Trampın komandası tərəfindən cümə günü verilən açıqlamalaya görə, yeni prezident ədliyyə naziri vəzifəsinə senator Cef Seşnzı (Jeff Sessions), CIA-nı başına konqres üzvü Mayk Pompionu (Mike Pompeo) gətirməyi planlaşdırır.

Trampın 2012-ci ildə prezidentliyə namizəd Mit Romniyə xarici işlər naziri vəzifəsi təklif etdiyi bildirilsə də, bu barədə rəsmi açıqlama verilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti