Rusların kosmik raketi göydə partladı - VİDEO

Rusların kosmik raketi göydə partladı - VİDEO
  02 Dekabr 2016    Oxunub:9186
Beynəlxalq Kosmik Stansiyasına göndərilən “Proqress-MS-04” kosmik yük gəmisi Rusiyanın Tuva bölgəsinin yaşayış olmayan dağlıq ərazisi üzərində 190 km hündürlükdə qəzaya uğrayıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Roskosmos”un yaydığı məlumatında bildirilib.

Məlumata görə, gəminin fraqmentlərinin əksəriyyəti atmosferdə yanıb.

Kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) 2,5 tondan çox yük aparırmış.

Qəzanın baş vermə səbəbləri araşdırılır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti