ABŞ İrana qarşı sanksiyaları 10 il uzatdı

ABŞ İrana qarşı sanksiyaları 10 il uzatdı
  02 Dekabr 2016    Oxunub:2030
ABŞ Senatı İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qanun layihəsi imzalanması üçün ABŞ prezidenti Barak Obamaya göndərilib.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası noyabrın 16-da İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib. Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib.

Daha əvvəl İranın ali dini lideri Əli Xamenei bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaların müddətini daha 10 il artırması nüvə razılaşmasının pozulması anlamına gəlir.

“Hazırkı ABŞ hakimiyyəti dəfələrlə nüvə proqramı üzrə razılaşmanı pozub. Sonuncu dəfə onlar sanksiyaları 10 il müddətinə uzatdılar. Əgər onlar bunu etsələr, nüvə razılaşması birgə hərəkət planına zidd olacaq. İran cavab tədbirləri görəcək”, - deyə Xamenei bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti