Arda Turan qumara qurşanıb

  02 Dekabr 2016    Oxunub : 1422
Arda Turan qumara qurşanıb
Türkiyənin tanınmış futbolçusu, “Barcelona”nı təmsil edən Arda Turan haqqında gözlənilməz iddia irəli sürülüb.
AzVision.az xəbər verir ki, Diario Qolda Qızın Carrasco imzası ilə dərc olunan xəbərdə başda Arda Turan olmaqla “Barcelona”da forma geyən bəzi futbolçuların ciddi qumar vərdişi olduğu irəli sürülüb.

Ardanın pokerə olan bağlılığı səbəbindən tənqid edən Carrasco yazıb k, “Arda “Herculas” oyununda ruh kimi idi. Ağlı futbolda deyildi. Bu çıxışıyla “Barcelona”da olması çətindir. Ancaq Messi, Suarez, İniesta, Neymar və Pique kimi adlarla dostluğu sayəsində tənqid edilmir. Komanda yoldaşları onu hər zaman mediada müdafiə edir”.

Ardanın Barselonada davamlı qumarxanalara getdiyini və klubun bunu bildiyini deyən Carrasco qeyd edib ki, türk futbolçu pokerə məhəbbəti ilə tanınan Piquedən də çox qumar oynayır.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: