Ermənistanda qızıl mədəninə silahlı hücum: Yaralı var

Ermənistanda qızıl mədəninə silahlı  hücum: Yaralı var
  02 Dekabr 2016    Oxunub:2016
Ermənistanda qızıl mədənində atışma olub.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, gecə saatlarında baş verən silahlı insident zamanı təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb.

Məlumata əsasən, bir neçə şəxs “Geo Pro Maining Gold” şirkətinə məxsus mədənin ərazisinə girməyə cəhd göstərib. Mühafizəçilər onların qarşısını ala bilib. Naməlum şəxslərin atəş açması nəticəsində mühafizəçilərdən biri ayağından yaralanıb.

Polis silahlı basqını törədən şəxslərdən birini həbs edib. Həmin şəxs 31 yaşlı Vardenis sakinidir. Ermənistan polisi digər şəxslərin axtarışı üzrə əməliyyatları davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti